top of page

Institute and Centers

Beynəlxalq Multikultural Şəbəkə

project-managers-employees-brainstorming

Azərbaycan dünyada qədim tarixə malik tolerantlıq və multikulturalizm ənənələri ilə seçilən ölkələrdən biridir. Təsadüfi deyil ki, son illərdə ölkəmiz dinlərarası və mədəniyyətlərarası dialoq platformasına çevrilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi də ölkəmizdə multikulturalizm ənənələrinin daha da inkişaf etməsi və möhkəmlənməsinə təkan verib. Ölkəmizdə multikulturalizm ənənələrinin möhkəmlənməsinə töhfə verməyi qarşısına məqsəd qoyan Beynəlxalq Multikultural Şəbəkə (BMŞ) də məhz dövlət başçısı tərəfindən ölkəmizdə “Multikulturalizm ili” elan olunmasından sonra - 4 mart 2016-cı il tarixində yaradılıb. Təsisçisi və rəhbəri fəlsəfə üzrə fəlsəfə doktoru Xəyalə Məmmədova olan şəbəkənin işçi heyəti multikulturalizm üzrə ixtisaslaşmış yerli və xarici elmi tədqiqatçılardan ibarətdir. Məlumat üçün bildirək ki, BMŞ dünyada multikultural dəyərlərin təbliği üçün multikulturalizm sahəsində həyata keçirilən beynəlxalq tədbirlərdə fəal şəkildə iştirak edir, ayrı-seçkiliyə qarşı birgə mübarizə yollarının araşdırılması işinə vətəndaş cəmiyyətinin dəstəyini həyata keçirir. Beynəlxalq Multikultural Şəbəkə, həmçinin Azərbaycanın xalqının multikultural dəyərlərinin beynəlxalq səviyyədə təbliği məqsədilə “Ölkə təmsilçiləri qrupu” təşkil edib. Hazırda 60-a yaxın ölkədə elmi tədqiqatçı və alimlərdən ibarət xarici ölkə təmsilçiləri fəaliyyət göstərir. Gələcəkdə ölkə təmsilçilərinin sayının artırılması da nəzərdə tutulur.

bottom of page