top of page

Qadın Araşdırmaları və İnkişaf Mərkəzi

Qadın Araşdırmaları və İnkişaf Mərkəzi təcrid olunmuş, əlverişsiz vəziyyətdə olan qız və qadınların təhsil hüquqlarına, sosial-iqtisadi səlahiyyətlərinin artırılmasına əsas diqqət yetirən mərkəzdir.Mərkəz qadın tədqiqatları sahələrində elmi, yaradıcı və pedaqoji layihələr üzrə alim və fəallarla əməkdaşlıq edir. Eyni zamanda bərabər , ədalətli cəmiyyət üçün səy göstərərək, ədalətsizliyin və qərəzlərin müxtəlif formalarını minimuma endirməyi hədəfləyir.Missiyamız əlverişsiz vəziyyətdə qalan icmalar üçün də təhsil, səhiyyə, iqtisadi inkişaf və sosial təminat üçün əlçatanlığı, imkanları asanlaşdırmaqdır.Qadın Araşdırmaları və İnkişaf Mərkəzi cəmiyyətimizdə qadın problemləri və gender məsələlərinin müzakirə edilməsində tələbə, işçi və ətraf ictimaiyyət üçün innovativ proqramlar həyata keçirir. Mərkəzin məqsədi qadınların məlumatlılığının təminatı, resurslarından səmərəli istifadəni və ölkənin iqtisadi, siyasi və sosial həyatında iştirak etmələri üçün gərəkən imkanlarını artırmaq və qadınların həyatı, genderin cəmiyyətdəki rolu haqqında təkmilləşdirilmiş anlayış yaratmaqdır.Mərkəzin işçi heyəti apardıqları tədqiqat fəaliyyətlərini bütün tərəfdaşların eyni məqsəd istiqamətində işlədiyi fəaliyyət kimi görərək, birgə əməkdaşlıq edir. Qadın Araşdırmaları və İnkişaf Mərkəzi müxtəlif fəaliyyətlər vasitəsilə birgə tədqiqatların aparılmasını təşviq edir və dəstəkləyir.

bottom of page