Könüllülər
Su innovasiyaları müsabiqəsi
Müsabiqənin məqsədi:
Ölkəmizdə içməli və çirkab (tullantı) sularda müasir (smart) və səmərəli həllərin təşviq edilməsi, çirkab (tullantı) suların təkrar emalı vasitəsi ilə ətraf mühitə olan negativ təzyiqlərin (footprint) azaldılması, bu sahədə olan qabaqcıl və mütərəqqi texnologiyaların, o cümlədən beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, müvafiq sahə üzrə dövlət və özəl sektorun sıx əməkdaşlığının möhkəmləndirilməsi məqsədilə “Su Təsərrüfatı Həmkarlar İttifaqı” tərəfindən “1-ci Su İnnovasiyaları” müsabiqəsi keçiriləcəkdir.
Müsabiqənin şərtləri:
“1-ci Su İnnovasiyaları” müsabiqəsi yerli startap layihələri ekosistemin tanınmış yerli və beynəlxalq investorları, ekspertləri və mentorlarına təqdim etmək və münbit müzakirə platformasının yaranmasına imkan verəcək. Müsabiqədə ölkə daxilində təhsil müəssisələrində təhsil alan və ya bitirmiş 29 yaşa qədər gənclər iştirak edə bilər. 2 mərhələ üzrə təşkil olunması nəzərdə tutulur. Təqdim olunacaq startap layihələri “Suyun idarəedilməsi, səmərəli həllər və mütərəqqi texnologiyalar”, ikinci panel“Çirkab (tullantı) suların idarəedilməsi, təkrar emalı və ətraf mühitə təsirləri” üçüncü panel isə “Suyun keyfiyyətinin idarəedilməsi, ölçü və nəzarət texnologiyaları” mövzuları ətrafında olacaqdır. 1-ci mərhələ üzrə online forum üzərindən startap ideya və layihə müraciətləri qəbul olunacaq. 2-ci mərhələyə iştirak hüququ əldə etmiş gənclər təqdimat üçün hazırlanacaqlar. Tədbir ərzində yerli startaplar investorlar qarşısında çıxış edərək investisiya almaq şansı əldə edəcək. Həmçinin iştirak edən qonaqlar startap şəbəkəsi ilə yaxından tanış ola biləcəklər.
-
Dəniz suyunun duzsuzlaşdırılması texnologiyası;
-
Suyun idarəedilməsi, səmərəli həllər və mütərəqqi texnologiyalar;
-
Tullantı suların idarəedilməsi, təkrar emalı və ətraf mühitə təsirləri;
-
Suyun keyfiyyətinin idarəedilməsi, ölçü və nəzarət texnologiyalarına aid startap layihələr müsabiqə elan edilir.