top of page

DOI
Rəqəmsal obyekt identifikatoru

crossre.png

Rəqəmsal obyekt identifikatoru (Digital Object Identifier, DOI) haqqında ümumi qısa məlumat

 

DOI − İnternetdə yerləşdirilən bir elektron sənədin yeri və onun haqqında metaməlumatları özündə əks etdirən müasir standart − identifikator növüdür. Hazırda DOI identifikatoru İnternetdə yerləşən elmi məlumatları dərhal tapmağa imkan yaradan, həm oxucular, həm də elmi jurnallar üçün yeni imkanlar açan, bütün dünyada tanınan müasir və ən etibarlı vasitə hesab edilir.

 

Rəqəmsal obyekt identifikatoru (Digital Object Identifier, DOI) obyektləri təyin etmək üçün davamlı identifikator növüdür. ISO standartı əsasında fəaliyyət göstərən sistem DOI   adlarının təyini və daimi istifadəsi üçün texniki və sosial infrastrukturu təmin edir, Beynəlxalq DOI Təşkilatı (International DOI Foundation) tərəfindən idarə olunur. İstər elektron, istərsə də fiziki şəkildə  mövcud olan bütün yaradıcı işlərə (mətn, şəkil, audio və video, lisenziya, tərəflərin sövdələşməsi və s.) DOI adı verilə bilər. DOI adları həmçinin müxtəlif səviyyəli obyektlərə təyin edilir: jurnallar, jurnalın fərdi nömrəsi və ya fərdi məqaləsi, məqalədə hər hansı cədvəl, kitablar, qrafiklər və s.

         

         DOI adları prefiks və suffiks olmaqla, 2 hissədən ibarət olur. Hiperkeçiddə “doi.org” domen adından sonra qeyd olunan 10 ədədi DOI adını, növbəti hissə bu adın alındığı qeydiyyat agentliyini, digəri isə təşkilatı və intellektual məhsulu göstərir.

DOl-nin əhəmiyyəti:

 

• Obyektin Rəqəmsal İdentifikatoru (DOİ) elmi jurnallarin nüfuzlu beynəlxalq elmmetrik verilənlər bazaları – Scopus va Web of Science-ə daxil olmaq və jurnalların indeksləşdirilmək şansını artır.

• Bir nəşrdə indeksin olmaması, internet şəbəkəsində onun itkisinə gətirib çıxara bilər. Belə ki, DOI indeksinin mövcudluğu sənədin itkisi riskini minimuma endirir.

• İndeksin mövcudluğu sənədin axtarış effektivliyini artırır və tədiqatçılara internetdə yerləşdirilən lazımi məlumatları daha tez tapmaları üçün imkan yaradır.

• DOI kodunu almaq materialın beynəlxalq auditoriya üçün əlçatan olması deməkdir.

• Virtual məkanda sənədi və müəllif hüquqlarını qoruyur.  

 

Obyekt haqqında metadata DOI adı ilə birlikdə saxlanılır. Sənədlərə verilən DOI adları məkan, müəllif və metadata dəyişdikdə belə sənədin mövcud olduğu müddətdə qüvvədə qalır. Nəzərinizə çatdırırıq ki, ölkələr üzrə fəaliyyət göstərən Qeydiyyat Agentlikləri DOI prefikslərini təyin edir, DOI adlarının qeydiyyatını həyata keçirir, metadatanı yaratmaq və obyekt mövcud olduğu müddətdə saxlamaq üçün zəruri infrastrukturu təmin edir.

 

Hazırda 133 milyondan çox DOI adı mövcuddur və dünyada 5000 təşkilat ondan istifadə edir. DOİ sisteminin virtual məkanda intellektual mülkiyyətin və müəllif hüquqlarının qorunmasının yeni texnologiyası olduğunu diqqətinizə çatdırır və DOI nömrələrinin alınmasının önəmli olduğunu vurğulayırıq.  

DOI
MÜRACİƏT FORMASI

Zəhmət olmasa müraciət etmək üçün formanı doldurun

Thanks for submitting!

bottom of page